HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN…

Nə yaxın qonşu olduq
bu dünyada,
Ayrı-ayrı doğulduq
bu dünyada,
Axır gəlib bir olduq
bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir,
axın olur,
Yadlar gəlir doğma olur,
yaxın olur.
Məhəbbətlə ötən ömür
nağıl olur,
Ey həyat, sən
Nə qəribəsən?

 











Tərcümə edəni: Cabir Novruz.

  • A.Blok. ÇALAĞAN.